Xəbər verildiyi kimi cari il yanvarın 14-də İsmayıllı şəhər sakini 1990-cı il təvəllüdlü Murad Süleymanlının “Qəbələ rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində ölməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Bizim.Media xəbər verir ki, bunu Qəbələ rayon prokurorluğu yayıb.
İstintaqla həmin tibb müəssisəsinin anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin həkim-anestezioloq-reanimatoloqu Vahid Babayevin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək göstərdiyi qüsurlu tibbi xidmət nəticəsində Murad Süleymanlının ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Vahid Babayevə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:21 / 30.11.2023
Qəbələ xəstəxanasında ölən şəxsin cinayət işi məhkəməyə göndərildi
Hazırda oxunan: Qəbələ xəstəxanasında ölən şəxsin cinayət işi məhkəməyə göndərildi
Hazırda oxunan: Qəbələ xəstəxanasında ölən şəxsin cinayət işi məhkəməyə göndərildi
166848
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.