“Jurnalistlərin 3-cü binası”ndakı mənzillər şəhid ailələrinə paylandı — Nazirlik TƏSDİQLƏDİ 

Hazırda oxunan: “Jurnalistlərin 3-cü binası”ndakı mənzillər şəhid ailələrinə paylandı — Nazirlik TƏSDİQLƏDİ 

166833

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Bakı şəhərinin Bibiheybət qəsəbəsindəki yeni yaşayış binasından 250 mənzil təqdim edib. Bu barədə nazirlik məlumat yayıb.  

Bizim.Media xəbər verir ki,  “modern.az” həmin binanın jurnalistlər üçün tikilən 3-cü bina olub-olmadığını dəqiqləşdirib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov əməkdaşımızla söhbətdə mənzilləri bölüşdürülən binanın jurnalistlər üçün tikilən 3-cü bina olduğunu təsdiqləyib. 
“Bəli həmin binadan 250 mənzilin sənədləri 4 saylı DOST Mərkəzində şəhid ailələrinə və müharibə əlillərinə təqdim edildi”, - F.Talıbov deyib.

Qeyd edək ki, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu 20 ünvanında yerləşən binada 255 mənzil var. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin