Azərbaycanda aprelin 4-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10°, gündüz 15-19° isti, Bakıda gecə 8-10°, gündüz 17-19° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 760 millimetr civə sütunundan 764 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Aprelin 4-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə yağış yağacağı ehtimalı var.
Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 5-8°, gündüz 16-21° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, yüksək dağlıq ərazilərdə 3-6° şaxta, gündüz 7-12°, bəzi yerlərdə 16° isti olacağı ehtimal edilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:44 / 03.04.2021
Sabah Bakıda 19 dərəcə isti olacaq
Hazırda oxunan: Sabah Bakıda 19 dərəcə isti olacaq
Hazırda oxunan: Sabah Bakıda 19 dərəcə isti olacaq
16683
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.