Almaniyanın Düsseldorf şəhərinin hava limanında güclü külək səbəbindən təyyarələr eniş zamanı çətinliklərlə üzləşib.xa0
Oxu.Az “Yeni Şafak”x9d nəşrinə istinadən xəbər verir ki, bir çox ölkədən gələn sərnişin təyyarələri eniş zolağına enə bilmədiyi halda, “Türk Hava Yolları”x9dnın pilotu həmkarlarına meydan oxuyub.xa0
Sərt hava şəraitinə baxmayaraq pilot idarəetməni itirməyib və xüsusi eniş texnikasından istifadə edərək layneri uçuş zolağına endirib.
Maraqlı görüntülər sosial şəbəkələrdə yayılıb.xa0































































































