Professor Qəzənfər Paşayevin "Altı il Dəclə-Fərat sahillərində" kitabı müəllifə olmazın şöhrət gətirib. Kitab 130 min tirajla buraxılmasına baxmayaraq əldən-ələ gəzdi, səs saldı. Oxucularının sayı-hesabı, birə-beş artdı. Milyonlar oxudu tayı-bərabəri olmayan əsəri. Qəzənfər Paşayev yaradıcılığının rəmzinə, pasportuna döndü. Hələ sağlığında qəlblərdə Qəzənfər Paşayevin mənəvi heykəli ucaldı. Necə ki, Üzeyir Hacıbəylinin "Koroğlu" uvertürası, Bülbülün "Sənsiz"i, Səməd Vurğunun "Azərbaycan"ı, Tahir Salahovun "Qara Qarayev" portreti, Səttar Bəhlulzadənin "Təbiət mənzərələri", Məmməd Arazın "Dünya sənin, dünya mənim"i, Sabir Rustəmxanlının "Ömür kitabı "əsərləri kimi. Biz özümüzdə həmin kitabı gənclik çağlarında "Beşmərtəbə"nin altındakı kitab mağazasından, piştaxta altından baha qiymətə alardıq. Kitabın mütaliəsi üçün ailə üzvlərimiz növbələşərdi. Xüsusilə də həmin dövrdə Qəzənfər Paşayev ilk dəfə olaraq Azərbaycan oxucusunu Sovet dövründə qeyri-adi görünən astronomik ulduz falı ilə tanış elədi. Kitabda ərəb xalqının, bədəvi ərəblərin məişəti, adət-ənənələri, süfrə mədəniyyəti ilə bağlı məqamlar şirin təhkiyə ilə qələmə alındığından bu gündə yaddaşımıza əbədi həkk olunub. İlk dəfə olaraq Kərkük folkloru mədənniyəti, elmi-əbədi mühiti haqqında söhbət açmaqla tədqiqatçı həmvətənlərinə geniş məlumat verdi. Məhz böyuk alim, Qəzənfər Paşayevin sayəsində Azəri-türkləri, İraqda milyonlarla soydaşlarının olduqları haqqında ətraflı məlumat əldə etdilər. Kitab Azərbaycan və İraq-türklərinin arasında körpü oldu, gələcəyə isıq saçdı.
Qəzənfər Paşayevin 760 səhifə təşkil edən "Nostradamusun möcuzəli aləmi" kitabı da olduqca maraqla oxundu və əl-ələ gəzdi.
Professor Qəzənfər Paşayev haqqında görkəmli şəxsiyyətlərimizin səmimi, duyğulu fikirlərinin bir neçəsini qədirbilən oxucularmız ilə tanış etmək istərdik. Xalq şairi Bəxtiyar Vahabzadə onun kitablarını "xəzinə", Bəkir Nəbiyev "Professor Qəzənfər Paşayev Şərq və Qərb ziyalı tipinin an yaxşı keyfiyyətlərini özündə birləşdirən dəyərli ziyalılarmızdandır", Vasim Məmmədəliyevxa0
"Qəzənfər müəllim öz nəcib fəaliyyəti ilə Azərbaycan və İraq xalqlarının daha da yaxşılanmaşında mühüm rol oynamış, indinin özündə də beləcə davam edir", Teymur Bünyadov "Miqyaslı, şöhrətli alim olan Qəzənfər Paşayev ensiklopedik biliyə, geniş erudisiyaya, güclü məntiqə, aydın təfəkkürə, dərin müşahidə qabiliyyətinə malikdir", Yaşar Qarayev "Bizim üçün İraq Füzulidən, Füzuli Kərbəladan başladığı kimi, Kərkük də Qəzənfər Paşayevdən başlayır", Nizami Cəfərov "O, bizim folklormuzun Müşfiqidir" və başqa ziyalılarımız alimin yaradıcılığına yüksək dəyər veriblər.Akademik İsa Həbibbəyli ümumiyyətlə,Qəzənfər müəllimin şəxsiyyəti və qələmini daim ehtiramla dəyərləndirir.
Qəzənfər müəllimin məhsuldar qələminə,şəxsiyyətinə hörmət böyükdür, insanlara əl tutmaq bacarığı,uşaq qəlbi onu hamıya sevdirir. . Bu mənada mərhum filologiya elmləri doktoru, əməkdar elm xadimi, Bəhlul Abdullanın xa0"Kərkük pərvanəsi"məqaləsindəki fikirlər yuxarıda qeyd olunanları təsdiqləyir:
"Qəzənfər müəllimi tanıyanlar, dostları deyəcəklər ki, biz onun bu adda əsərini görməmişik, oxumamışıq. Elə Qəzənfər müəllim özü də bu adda kitab yazmadığını söyləyəcək.
xa0 xa0
Düşünürük ki, hər gün gördüyümüz, oxuduğumuz bu "İNSAN"əsəri elə Qəzənfər müəllimin özüdür. Bəli, bu kitabı oxuduqca, onunla tanış olduqca, ünsiyyət bağladıqca gözlərimiz önündə özü bütöv, sözü bütöv, amalı yalnız yaxşılıq, xeyirxahlıq olan, kimsənin qəlbini qırmayan, "əl tutmaq Əlidən qalıb" ideyasını kredosuna çevirən, ödədiyindən ödənc gözləməyən, istəməyən, əməlpərvər, ürəyiaçıq, mehriban, səmimi bir insan yüksəlir, heykəlləşir: Qəzənfər Paşayev!"
Məncə Qəzənfər Paşayevin insanlığına, iç dünyasına, özü də sağlığında bundan böyük qiymət ola bilməz. Nə yaxşı ki, yer üzündə Qəzənfər Paşayev kimi adamlar mövcuddur. Yoxsa dünyamız cılız, boş görünərdi. Bu məqalə mənim Sizə, əsl insana olan hörmətmizin nişanəsidir. 80 yaşınız mübarək olsun, Qəzənfər müəllim!Sizin Azərbaycan boyda ürəyiniz var.Türk dünyasının dəyərli alim oğlusunuz.Tovuzdansaz sədası ilə pərvazlanıb Kərkükdə "Bayatı"söylədiniz,Bakıda ustad oldunuz.Allah Sizi hifz eləsin.Bu əsri də yola verəcəyik inşallah,ay Qəzənfər müəllim...
xa0xa0
xa0
Vüqar Əhməd -filologiya üzrə elmlər doktoru, professor,AMEA Ədəbiyyat İnstitutunun "Ədəbiyyatşünaslıq"Yaradıcılıq Birliyinin sədri






























































































