Beynəlxalq hüququn norma və prinsiplərinin tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Samir Həsənovun ekstradisiyası haqqında Azərbaycan tərəfinin vəsatəti Livan Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.
Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Bildirilib ki, Samir Həsənovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.
Bu gün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Samir Həsənov Livandan ölkəmizə gətirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:40 / 29.11.2023
Beynəlxalq axtarışda olan şəxs Livandan Azərbaycana ekstradisiya olunub
Hazırda oxunan: Beynəlxalq axtarışda olan şəxs Livandan Azərbaycana ekstradisiya olunub
Hazırda oxunan: Beynəlxalq axtarışda olan şəxs Livandan Azərbaycana ekstradisiya olunub
166726
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.