Xəbər verdiyimiz kimi Bakının "Nərimanov" metrostansiyasında qatardan düşüb stansiyanı tərk edən ahıl yaşlarında kişi vestibüldə özünü pis hiss edib və dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, vəfat edən şəxsin gənc müğənni Çinarə Məlikzadənin atası olduğu bildirilir.
MÖVZU İLƏ BAĞLI:
"Nərimanov" metrostansiyasında bir nəfər öldü
Bu barədə aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkə hesabında yazıb.
“Müğənni Çinarə Məlikzadənin atası Məlik Ağalar oğlu Məlikzadə bu gün metronun "Nəriman Nərimanov" stansiyasında dünyasını dəyişib”, - deyə o qeyd edib.
Hacı Nuran Çinarə ilə fotosunu paylaşaraq atasının vəfatına görə ona başsağlığı verib.
Bizim.Media