Son günlər cəmiyyətdə qəribə bir xəstəliklə bağlı şikayətlərin sayı artıb. Belə ki, gün ərzində özümüzü xəstə, yorğun, boğazımızı tutulmuş hiss etdiyimiz halda, yatıb oyanandan sonra gümrah oluruq. Yaxud əksinə, gümrah olduğumuz halda səhhətimiz birdən-birə dəyişir. Bu hal mütəmadi təkrarlanır.
Bəs səbəb hansısa virusdur, yoxsa mövsümi xəstəlik?
İnfeksionist Mərdan Əliyev mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
O bildirib ki, insanın mütəmadi gümrah və xəstə olması mövsümi viruslarla bağlıdır:
“Patogenliyi ağır olan viruslar daha ciddi formada özünü büruzə verir. Bu viruslar qızdırma ilə müşayiət edilir və orqanizmdə ağırlaşmalara səbəb olur. Patogenliyi zəif olan viruslara isə “soyuqdəymə”ni nümunə gətirə bilərik”.
Həkimin sözlərinə görə immun sistemi bir az yaxşı olanlarda bu xəstəlik daha yüngül keçir, ciddi şikayətlərə səbəb olmur:
“Ümumiyyətlə, infeksion xəstəliklər insanın immunitetinin gücünə görə təsirli olur. Yəni eyni xəstəliyi iki insan fərqli formada keçirə bilər. Bunu koronavirusda da müşahidə etmək mümkün idi”.
Məhərrəm Əliyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:30 / 30.11.2023
Niyə SAĞLAM yatıb, XƏSTƏ oyanırıq? – İnfeksionistdən AÇIQLAMA
Hazırda oxunan: Niyə SAĞLAM yatıb, XƏSTƏ oyanırıq? – İnfeksionistdən AÇIQLAMA
Hazırda oxunan: Niyə SAĞLAM yatıb, XƏSTƏ oyanırıq? – İnfeksionistdən AÇIQLAMA
166714
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.