Folekul donorluğu yoxsa orqan alveri? – Sosial şəbəkələrdə açıq bazar - FOTOFAKT

Hazırda oxunan: Folekul donorluğu yoxsa orqan alveri? – Sosial şəbəkələrdə açıq bazar - FOTOFAKT

16671

Ana olmaq hər bir qadınının arzusu, hər evin, ailənin əsas sütunlarından biridir. Lakin ana olmaq heç də hər qadına asanlıqla nəsib olan bir nemət olmur. Övlad sahibi olmaq istəyən ailələr isə bu yolda hər bir addımı mübah sayırlar. 

Ana ola bilməyən ailələrə müalicə üsulları haqqında müxtəlif səpkidə vasitələr var. Lakin bəzən yaş ötdükcə qadın orqanizmində olan folekulların gücləri mayalanmaya çatmır və hamiləlik baş vermir.

Bu zaman digər cavan qadınlardan hamilə qala bilməyən fərdə folekulyar donor olur. Bu könüllü şəkildə baş verir.   

Lakin dəfələrlə sosial şəbəkələrdə yayımlanan, hətta məşhur xəstəxanaların və həkimlərin reklamlarında qadınlara 10 gün ərzində 500-800 manat müqabilində folekul donor olmaq təklif edilir. Hətta bunun üçün açıq şəkildə uyğun olan kriteriyalar da göstərilir.

Bizim.Media-ya məsələnin hüquqi izahını verən Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev bildirib ki, bu, könüllü olmadığı təqdirdə orqan alveri sayılır və bununla məşğul olan şəxslər də birbaşa cinayət məsuliyyətinə cəlb olunmalıdır.

“Azərbaycan qanunlarına görə, istər bu formada, istərsə də digər formada orqan alveri qadağandır. Bu dövriyyədə olan əşya, mal, mülk deyil ki, onunla alver edəsən. Ona görə də bu qanuna ziddir. Orqan alveri qadağan olan ölkədə folekul donoru da qadağaya daxildir.
Kimsə könüllü surətdə istədiyi şəxsə folekul donoru ola bilər. Bu alver sayılmır, ancaq pul müqabilində açıq şəkildə bunu təklif etmək, bununla məşğul olmaq birbaşa cinayətdir”.

“Bizim və medianın borcudur ki, sosial şəbəkələrdə yayılan bu cür qanunsuz işləri ictimailəşdirsin ki, hüquq mühafizə orqanlarının diqqəti ona yönəlsin.

Mütləq bu cür hallar tezliklə hüquqi qiymətlərini almalıdır. Çünki biz bunu etməsək, bu qanunla öz həllini tapmayacaq. Onlar hazırda əhalinin sosial vəziyyətini, kasıb yaşayışını nəzərə alıb qadınları bu yolla istismar edirlər. Ona görə mütləq bu cür qanunsuzluqlar ictimailəşməlidir”.

Məsələnin hüquq tərəfindən başqa, tibbi nöqteyi-nəzərdən də folekul donorluğu qadın orqanizmində ciddi fəsadlar da törədir. 

Bizim.Media-ya açıqlamasında mama-ginekoloq, həkim Rəşad Sultan bu cür prosedurların qadın orqanizmi üçün risklərindən danışıb.

“Yumurtalıq simulasiyası (yumurta yetişdirmək” və sonra o yumurtaların aspirasiya prosesinin özünəməxsus riskləri var. Belə güman edilir ki, dəfələrlə edilən yumurtalıq simulasiyası gələcəkdə yumurtalıq xərçəngi riskini də yaradır”.

Həkimin sözlərinə görə, yumurtalıqların hipersimulasiyası bəzən ölüm hallarına gətirib çıxaran, ağırlaşmalarla müşahidə oluna bilər. 

“Bundan başqa yetişdikdən sonra yumurtalıqları toplamaq cərrahiyyə əməliyyatı ilə baş verdiyinə görə orada, damar zədələnmələri, qanaxmalar və digər ağırlaşmalar ola bilər”.
Folekul donor olmaq istəyən qadının keçdiyi proseslərdən söz açan Rəşad Sultan qadınlarda yumurta hüceyrə sayının məhdud olduğunu bildirib.

“Bu ortalama bir sağlam qadında 40-50 yaşlarında, bəzən də tez tükənə bilir. Buna görə hamilə qalmaq istəyən qadının folekul donoruna ehtiyacı yaranır.

Bu da əgər istəyirsə, kimliyi gizlin saxlanılmaqla donor olan qadın müqavilə imzalayaraq, könüllü digər ana olmaq istəyən şəxsə donor ola bilir. Daha sonra qadının orqanizmində yetişən yumurtalıqlar, ana olmaq istəyən qadının həyat yoldaşının spermatazoidi ilə laboratoriyada birləşdirilir və hazır embrionlar övlad sahibi olmaq istəyən fərdin uşaqlığına köçürülür”,- deyə o, fikrini tamamlayıb.

Sonda hər zaman bütün qadınlarımızı analıq sevincini yaşamağı, ancaq heç zaman bu yolda işbazların tələsinə düşməməyi arzu edirik.

Vüsalə Balayeva, Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin