“Rəvandan İrəvana və Qərbi Azərbaycana” adlı beynəlxalq konfrans keçirildi

Hazırda oxunan: “Rəvandan İrəvana və Qərbi Azərbaycana” adlı beynəlxalq konfrans keçirildi

166695

Noyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu və Türk Tarix Qurumunun birgə təşkilatçılığı ilə “Rəvandan İrəvana və Qərbi Azərbaycana” mövzusunda beynəlxalq konfrans keçirilib.

Bizim.Media xəbər verir ki, tədbiri açan Tarix İnstitutunun icraçı direktoru tarix elmləri doktoru İlqar Niftəliyev konfransın mövzusunun aktuallığından danışıb. 

O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu dövrlərdə tarixi torpaqlarımızla bağlı apardığı uğurlu siyasət, Qərbi Azərbaycanla bağlı çağırışları bu gün müasir proseslərdə öz əksini tapır.
Türkiyəli professor Mehmet Akif Okur Türkiyə-Azərbaycan qardaşlığının bütün platformalarda özünü göstərdiyi kimi, bundan sonra da uğurla davam edəcəyini bildirib. 

Qeyd edib ki, bunun üçün tariximizin ortaq, birləşdirici hisslərini mənimsəmək lazımdır.

Daha sonra birinci panel üzrə məruzələr dinlənilib. Professor Ali Sinan Bilgili “Rəvan Osmanlı sənədlərində”, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Qafarova “İrəvan şəhərinin bünövrəsinin qoyulması tarixindən”, professor Cihat Aydoğmuşoğlu “Rəvan XVII əsrdə”, dosent Zülkif Dağlı “Qanuninin Rəvan səfəri zamanı bölgənin sosial-mədəni quruluşu”, tarix üzrə fəlsəfə doktoru, dosent Elçin Qarayev “İrəvan şəhərinin maddi mədəniyyət abidələri (1748-1827)”, professor İbrahim Tellioğlu “Ermənilərin xəyali “böyük Ermənistan”ı, dosent Ahmet Toksoy “Rus işğalının Rəvanda nəticələri” mövzusunda məruzələrlə çıxış ediblər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin