Əziz Səncər AMEA-nın fəxri üzvü SEÇİLDİ 

Hazırda oxunan: Əziz Səncər AMEA-nın fəxri üzvü SEÇİLDİ 

166656

Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı məsələ AMEA-nın bu gün keçirilən ümumi yığıncağında müzakirəyə çıxarılıb. 

Qeyd olunub ki, AMEA prezidenti, akademik İsa Həbibbəyli Akademiyada elmi prioritetlərin müəyyənləşdirilməsinə və Elmlər Akademiyasının beynəlxalq elmi əməkdaşlığının gücləndirilməsinə verə biləcəyi töhfələri nəzərə alaraq, dünya miqyasında tanınmış elm xadimi, türk dünyasının elm sahəsində ilk Nobel mükafatı laureatı, professor Əziz Səncərin AMEA-nın fəxri üzvü seçilməsi ilə bağlı təşəbbüs irəli sürüb və məktubla ona müraciət edib. 

Vurğulanıb ki, professor Əziz Səncər akademik İsa Həbibbəylinin təklifinə müsbət cavab verib və Azərbaycanda elmin inkişafına əlindən gələn dəstəyi göstərməyə hazır olduğunu bildirib. 

AMEA-nın Kimya Elmlər Bölməsinin ümumi yığıncağının vəsatətini nəzərə alaraq, AMEA-nın ümumi yığıncağında Nobel mükafatı laureatı Əziz Səncərin AMEA-nın fəxri üzvü seçilməsi ilə bağlı açıq səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin