“Ermənilərin Bakıya gəlişi milli qürurumuzun tapdanması deməkdir”x9d

Hazırda oxunan: “Ermənilərin Bakıya gəlişi milli qürurumuzun tapdanması deməkdir”x9d

166547
Son vaxtlar dünyanın müxtəlif ölkələrində məskunlaşan ermənilərin, o cümlədən Bakı ermənilərinin Azərbaycana qayıdışı müşahidə edilməkdədir. Ən maraqlı məqamlardan biri isə bu qayıdışın bəzi media orqanları tərəfindən müsbət, təqdirəlayiq bir hal kimi təqdim edilməsidir.

Maraqlıdır, ermənilərin Bakıya axını həqiqətənmi təqdiredici bir hadisədir? Bunda sevinc duyulası, alqışlanası nə isə varmı?
Moderator.az-a açıqlama verən yazıçı-publisist Mehriban Vəzir məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Bu gün dövlət adına çox ayıb bir siyasət yürüdülür. Milli mənafeyi tapdalayan, milli qüruru, milli şərəfi yerlə-yeksan edilən bir siyasət gerçəkləşir. Torpaqlarımız işğal altındadır. Əgər ermənilər torpaqlarımızdan çıxmış olsaydı, ərazü bütövlüyümüz təmin olunsaydı, o zaman baş verənləri başa düşmək olardı. Çünki heç yerdə düşmənçiliklər əbədi deyil. Heç bir xalq əbədi olaraq başqa bir xalqla düşmən olmur. Lakin bu şəkildə onursuz bir siyasət yürütmək, medianı da bu işə cəlb etmək doğru deyil. Hesab edirm ki, Azərbaycan ictimaiyyəti buna, qeyri-nəcib siyasətə öz təpgisini göstərməlidir”x9d.

Seymur Əliyevxa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin