Qarabağın incisi, hər daşı, hər kəsəyi tarix qoxan gözəl Şuşa... Hər dəfə bura gələndə yeni bir şey öyrənir insan. Hər gəlişdə tarixə toxunaraq nələrsə kəşf edir.
Bizim.Media xəbər verir ki, Azərbaycan Televiziyasının (AzTV) əməkdaşı bu dəfə Şuşanın qədim məhəllələrindən reportaj hazırlayıb.
Şuşa şəhərinin tarixi hissəsini 17 məhəllə təşkil edir. Bu məhəllələr şəhərin nisbətən aşağı hissəsi olan qərb hissəsində yerləşir.
Məhəllələrin hər birinin mərkəzində meydan olub və bu meydanların ətrafında hər məhəllənin məscidi, bulağı mövcud olub. Bunlardan bir çoxu günümüzə çatıb. Bu məhəllələrdən biri də Mamayı məhəlləsidir.
Mamayı məhəlləsi şəhərin mərkəzi hissəsində yerləşir. Məhəllə Mamay bəyin adı ilə bağlıdır.
Şuşanın digər məhəllələri kimi burada da məscid, Mamayı bulağı, kiçik meydan və hamam olub. Vaxtilə bu bulağın suyu əhalinin su ehtiyaclarını ödəmək üçün istifadə olunub və 100 ildən artıq vaxt keçməsinə baxmayaraq, Mamayı bulağının suyu hələ də içməyə yararlıdır.
İşğal dövründə Şuşanın mərkəzində yerləşən Mamayı məscidi erməni silahlı birləşmələri tərəfindən dağıdılıb və növbəti etaplarda isə bu məscidi kilsəyə çevirmək istəyiblər.
Həmin reportajı sizə təqdim edirik:
- A-
- A
- A+
Cəmiyyət
14:47 / 28.11.2023
Ermənilər Şuşadakı məscidimizi kilsəyə çevirmək istəyiblər - REPORTAJ - VİDEO
Hazırda oxunan: Ermənilər Şuşadakı məscidimizi kilsəyə çevirmək istəyiblər - REPORTAJ - VİDEO
Hazırda oxunan: Ermənilər Şuşadakı məscidimizi kilsəyə çevirmək istəyiblər - REPORTAJ - VİDEO
166499
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.