Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Təsərrüfat İşlərinin Təşkili Şöbəsinin müdiri Elton Məmmədov vəzifəsindən azad edilib.
Bizim.Media “qaynarinfo.az”a istinadən xəbər ki, Samir Hüseynov sözügedən şöbənin müdiri təyin olunub.
Elton Məmmədov isə yeni yaradılmış Sosial Xidmətlər Şöbəsinə müdir təyin edilib. Bununla bağlı AMEA-nın prezidenti İsa Həbibbəyli müvafiq əmr imzalayıb.
Qeyd edək ki, AMEA-nın İşlər İdarəsinin sabiq müdiri olan Elton Məmmədov həm də keçmiş deputatdır. O, sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:44 / 28.11.2023
Ziya Məmmədovun qardaşına yeni vəzifə VERİLDİ
Hazırda oxunan: Ziya Məmmədovun qardaşına yeni vəzifə VERİLDİ
Hazırda oxunan: Ziya Məmmədovun qardaşına yeni vəzifə VERİLDİ
166489
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.