Azərbaycanda hərbi qulluqçular mülki təhsil müəssisələrində təhsil ala biləcəklər.
Bizim.Media xəbər verir ki, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanununa dəyişiklik layihəsində öz əksini tapıb.
Qanun layihəsi hərbi qulluqçuların pensiya hüququ, təhsil almaq hüququ və xidmət keçmə müddətləri ilə bağlı dəyişiklikləri nəzərdə tutur.
Azərbaycan ərazisində fəaliyyət göstərən bir çox ali təhsil müəssisələrində qiyabi təhsilin mövcud olmaması səbəbindən və Silahlı Qüvvələrin peşəkar, bilikli və bacarıqlı hərbi qulluqçularla komplektləşdirilməsi məqsədilə “Hərbi qulluqçuların statusu haqqında” qanuna müvafiq dəyişlikliyin edilməsi təklif olunur.
Dəyişikliyə əsasən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanının rəsmiləşdirilmiş icazəsi olduqda mülki təhsil müəssisələrində təhsil ala biləcəklər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:06 / 28.11.2023
Azərbaycanda hərbçilər mülki təhsil müəssisələrində oxuya biləcəklər
Hazırda oxunan: Azərbaycanda hərbçilər mülki təhsil müəssisələrində oxuya biləcəklər
Hazırda oxunan: Azərbaycanda hərbçilər mülki təhsil müəssisələrində oxuya biləcəklər
166478
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.