DİN-dən siqaretlə bağlı XƏBƏRDARLIQ – “1000 manat cərimə olunacaqlar”

Hazırda oxunan: DİN-dən siqaretlə bağlı XƏBƏRDARLIQ – “1000 manat cərimə olunacaqlar”

166474

İctimai yerlərdə tütün məhsullarından istifadə edənlərə və siqaret kötüklərini yerə atanlara qarşı İnzibati Xətalar Məcəlləsində cərimələr nəzərdə tutulsa da, təəssüflər olsun ki, hələ də belə hallara rast gəlirik. Xüsusilə də, paytaxtda əhalinin sıx olduğu yerlərdə bir çox şəxslər siqaret çəkməklə insanları narahat etməkdə və ətrafı kötüklərlə zibilləməkdə davam edirlər.

Bəs, qadağan olunmuş yerlərdə siqaret çəkən şəxslərə qarşı hansı tədbirlər görülür?

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev Bizim.Media-ya açıqlamasında qeyd edib ki, respublikanın şəhər, rayon polis orqanları tərəfindən tütün məmulatlarından istifadə qaydasına riayət olunması ilə bağlı mütəmadi monitorinqlər keçirilir:
 

MÖVZU İLƏ BAĞLI:

Mağazalardakı siqaret qıtlığının səbəbi AÇIQLANDI


“Aidiyyəti təşkilatlarla birgə baş tutan tədbirlər zamanı, fiziki və hüquqi şəxslər, fərdi sahibkarlar, eləcə də əhali arasında geniş izahat işləri aparılır. İctimai yerlərdə, bankomatların önündə, dayanacaqlarda, küçə və prospektlərdə insanların sıx toplaşdığı ərazilərdə xüsusi ayrılmış yerlər istisna olmaqla, siqaret çəkən şəxslər barədə İXM-nin 212-ci maddəsinə uyğun olaraq 30 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilir. 

Əlavə olaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda görünən yerlərdə "tütün çəkmək qadağandır" yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər barədə isə 1000 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilir”.

N.Əliyev, qeyd olunan maddəyə əsasən tütün məmulatları tullantılarının ətraf mühitə atılmasının da inzibati məsuliyyət yaratdığını qeyd edib:

“Bu qanun pozuntusuna yol verən şəxslər polis əməkdaşları tərəfindən aşkar edildikdə barələrində 50 manat məbləğində inzibati protokol tərtib edilir. Ümumiyyətlə, bu halla bağlı kütləvi maarifləndirmə işi nəzərdə tutulan yerlərdə tütün məmulatlarından istifadə edilməsi ilə bağlı təbliğat tək polisin işi yox, hər birimizin işi və vəzifəsi olmalıdır. 

Tütün məmulatlarından yalnız urnaların yaxınlığında istifadə olunmalıdır ki, bu digər şəxslərin həyat və sağlamlığına zərər verməsin.

Bununla bağlı vaxtaşırı maarifləndirmə işi aparılır və tövsiyə edilir ki, vətəndaşlarımız da bu prosesə qoşularaq qanuna müvafiq qaydada tütün məmulatlarından istifadə ilə bağlı normalara əməl etsinlər”.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin