Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Heydər Əliyev ili” və Şuşa şəhərinin 2023-cü ildə TÜRKSOY tərəfindən Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsi ilə əlaqədar Özbəkistan mətbuatının nümayəndələrinin Azərbaycana mediaturu təşkil olunub.
Bu barədə Bizim.Media-ya mərkəzdən bildirilib.
Mediatur çərçivəsində Özbəkistanın “Sevimli TV” telekanalı tərəfindən şəhərin əsas ziyarət mərkəzlərindən olan Dağüstü Park, Hərbi Qənimətlər Parkı, Azərbaycan Milli Xalça Muzeyi və Dənizkənarı Milli Park haqqında televiziya verilişi hazırlanıb.
Kanalın aparıcısı Niqora Elmuradova ilk olaraq tamaşaçıları Dağüstü Parkla tanış edərək vurğulayıb ki, bura Azərbaycan paytaxtının ən hündür nöqtəsidir və buradan şəhərin özünə və Xəzər dənizinə, Dənizkənarı Bulvara gözəl mənzərə açılır.
Jurnalist sonra çəkilişləri Hərbi Qənimətlər Parkında davam etdirərək, 44 günlük Vətən müharibəsi haqqında məlumat verib. Qeyd olunub ki, burada Azərbaycan xalqının öz ata-baba torpaqlarını Ermənistanın işğalından azad edilməsi şərəfinə xatirə park-kompleksi yaradılıb.
Parkda Vətən müharibəsi nəticəsində düşməndən hərbi qənimət kimi götürülmüş ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları və s. eksponatlar sərgilənir.
Daha sonra Azərbaycan Milli Xalça Muzeyini ziyarət edən yaradıcı heyət sözügedən muzeylə bağlı reportaj hazırlayıb. Burada qeyd olunub ki, xüsusi memarlıq üslubunda tikilmiş Milli Xalça Muzeyi müasir Bakının ən tanınmış memarlıq simvollarından biridir və xarici turistlərin ziyarət etdiyi məkanlar arasında ilk yerlərdən birini tutur. Burada o da vurğulanıb ki, muzeyin Azərbaycanda qədim xalçaçılıq sənətinin öyrənilməsi və təbliği sahəsində xüsusi rolu var.
Muzeyin əməkdaşları tərəfindən verilən məlumatda Milli Xalça Muzeyində 6 000-dən çox eksponat toplanıb, bu da Azərbaycan xalçalarından ibarət dünyanın ən böyük kolleksiyasıdır.
Burada sərgilənən nümunələrin əksəriyyəti XVII-XX əsrlərə aiddir və müxtəlif üslub, məktəblərin xalçalarını təmsil edir.
Dənizkənarı Bulvarda aparılan çəkilişlər zamanı aparıcı azərbaycanlıların həyat tərzindən, Bakının müasir memarlığından, şəhərin maraqlı küçələrindən, ləzzətli mətbəximizdən, xalqımızın qonaqpərvərliyindən danışıb, həmçinin paytaxt sakinləri və turistlərlə söhbət edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:25 / 28.11.2023
Özbəkistan telekanalında Bakı haqqında veriliş yayımlandı - FOTO
Hazırda oxunan: Özbəkistan telekanalında Bakı haqqında veriliş yayımlandı - FOTO
Hazırda oxunan: Özbəkistan telekanalında Bakı haqqında veriliş yayımlandı - FOTO
166443
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.