Bakı şəhəri Heydər Əliyev prospektində ölümlə nəticələnən yol qəzası baş verib.
Bizim.Media-nın məlumatına görə, Suraxanı dairəsi adlanan ərazidə şadlıq sarayının qarşısında “Toyota Prius” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub.
Piyada zərbənin təsirindən yerindəcə keçinib.
Piydanın kimliyi dəqiqləşdirilir.
Qəza səbəbindən magistral yolda sıxlıq yaranıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media