10 şəhid övladının özəl məktəbdə təhsili pulsuz olacaq

Hazırda oxunan: 10 şəhid övladının özəl məktəbdə təhsili pulsuz olacaq

16638

“YAŞAT” Fondu tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin övladlarının yüksək səviyyəli təhsil imkanlarından yararlanmasına dəstək göstəriləcək.

Fonddan Bizim.Media-ya verilən məlumata görə, dəstək proqramı çərçivəsində əməkdaşlıq yaradılmış özəl məktəblərdə şəhid övladlarına ödənişsiz təhsil imkanı yaradılacaq. Müraciət edənlər arasında seçim müvafiq məktəb tərəfindən təşkil edilən imtahan əsasında aparılacaq.

 

MÖVZU İLƏ BAĞLI:

27 qazi müalicə üçün Türkiyəyə göndərildi - FOTO


“YAŞAT” Fondu ilə əməkdaşlıq çərçivəsində ilkin olaraq “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi”ndə 10 şəhid övladı üçün 100% nisbətində güzəşt tətbiq edilir.

Müraciətlər 8110 Çağrı mərkəzi vasitəsilə bazar ertəsi - cümə günləri saat 09:00-dan 18:00-dək qəbul edilir.

Fonddan o da bildirilib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 10 nəfər yaralanan şəxsin övladı üçün təhsil mərkəzi tərəfindən 50% güzəşt tətbiq ediləcək.

Vəsaitin qalan hissəsi isə şəxsin özü tərəfindən qarşılanacaq. Son müraciət tarixi aprelin 30-dur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin