Bakı şəhərinin Yasamal rayonunda restoranda yanğın olub.
FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 240 m² olan obyektin (restoran kimi fəaliyyət göstərir) mətbəxində 1 ədəd fri aparatı və havalandırma qurğusunda yağ qalıqları yanıb.
Restoran və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media