"Vidalaşarkən qızımızı bağrına basıb..." - Məzarı qürbətdə qalan qəhrəman pilot

Hazırda oxunan: "Vidalaşarkən qızımızı bağrına basıb..." - Məzarı qürbətdə qalan qəhrəman pilot

166333
Pilot Qədir Mirkazım oğlu Bağırov 1914-cü ildə Bakıda fəhlə ailəsində anadan olub. O, 1922-ci ildə 6 saylı məktəbə daxil olaraq 7-ci sinifi bitirib. Sonra isə sənət məktəbinə qəbul olunub. Daha sonralar isə atasıyla birlikdə Paris komunnası adına zavodda işləmişdir.xa0

1933-1934-cü illərdə Q.Bağırov paraşütçülər kursuna yazılır və 1935-ci ildə komsomolun çağırışı ilə Sevastopol şəhərindəki hərbi təyyarəçilər məktəbinə daxil olur. 1938-ci ildə məktəbi bitirən Q.Bağırov xidmət etmək üçün Gürcüstana göndərilir. 1939-cu ildə Q.Bağırov Vitebsk şəhərinə göndərilən uçuş heyyətinin komandiri təyin edilir. O, burada rus qızı Anna Antonova ilə ailə həyatı qurur. Düyaya gələn qızlarının adını isə Sənanə qoyurlar.xa0


Q.Bağırovun həyat yoldaşı Anna Bağırova yazır: “Sakitlik idi, iyunun xa022-də faşist cəlladları bu sakitliyi pozdular. Qədir həmin gün hərbi hissəyə getdi. Bir həftə görüşmədik. O, evə qayıdan zaman tələsdiyi hiss olunurdu. Vidalaşarkən Qədir qızımız Sənanəni bağrına basıb mənə təsəlli verdi: “Annuşka, uşaqdan muğayat ol, valideynlərimlə əlaqə saxla. Harada olduğumu sənə tez bir zamanda xəbər verəcəm”x9d. Qədir əsl vətənpərvər idi. İşləməyi sevirdi,adamları sevirdi, adamlar da onu sevirdi. O, Azərbaycan haqda mənə çox danışırdı. Bakını çox sevirdi”x9d.

xa0
1942-ci ildə Q.Bağırov ailəsinə göndərdiyi məktubunda yazır: “Yeni ili böyük itkilər verən düşmənlə üz-üzə qarşılayırıq. Faşistləri amansızcasına məhv edib evə qayıdacağıq”x9d. Bu sözlər qəhrəman pilotumuzun qələbəmizə olan inamından irəli gəlirdi.xa0


Çox keçmir ki, Q.Bağırovun xidmət etdiyi hərbi hissə komandirindən ailəsinə belə bir məktub göndərilir:

“Əziz Bağırovlar ailəsi, ata və ana sizin oğlunuz Q.Bağırov bizim polkun dəyanətli zabitlərindən biri idi. Oğlunuz Q.Bağırov faşist işğalçıları ilə aparılan gərgin yanvar döyüşü zamanı qəhrəmancasına həlak oldu. Siz vətənə qorxmaz döyüşçü verdiyiniz üçün fəxr etməlisiniz”x9d.xa0
xa0
Yanvarın ayının axırlarında Anna Bağırova daha bir məktub alır. Polk komandirinin imzası ilə göndərilən məktubda deyilir:

Leytenant Qədir Mirkazım oğlu Bağırov vətənimiz uğrunda çarpışmalarda hərbi anda sadiq qalaraq döyüş tapşırığını yerinə yetirərkən qəhrəmanlıq və mərdlik nümunəsi göstərərək həlak olmuşdur”x9d.xa0

Qəhrəman pilotumuz düşmənin arxasına keçərək kəşfiyyata gedir. Təyyarə geri qayıdarkən düşmənin zenit toplarının atəşinə məruz qalır. Q.Bağırov ölümcül yaralansa da, özünü itirmir. O, şturmana əmr verir ki, tullansın. Şturman tullanır özü isə təyyarə ilə birlikdə yerə düşür. Moskva şəhərinin yaxınlığında yerləşən İqnatova kənd icra nümayəndəsindən alınan məktub da bu faktı təstiq edir. Məktubda deyilir ki, 1942-ci il yanvarın 13-dən 14-nə keçən gecə Andreyev kəndinin şimalında sovet təyyarəsi vurularaq yerə endirildi. Təyyarəçi həlak oldu. Şturman isə paraşütlə yerə endi. Kənd əhalisi şturmana mülki paltar geyindirib yola saldılar. Bir neçə gündən sonra kənd faşistlərdən azad olundu və cəsur pilotumuz Q.Bağırovun cənazəsini dəfn etdik.xa0

Q.Bağırovun qızı Sənanə xanım Belarusiyanın Vitib şəhərində yaşayır. 1980-ci ildə Q.Bağırovun qardaşı oğlu Arif Bağırov öz əmisinin qəbrini ziyarət etmək üçün İqnatkova kəndinə yolanır. Bunu həm də ondan əmisi qızı Sənanə xanım xahiş edir. Arif Bağırov kənddəki qəbristanlıqda əmisinin məzarını taparaq ziyarət edir.xa0

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin