ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məxfilikdən çıxararaq yaydığı hesabatlarda erməni terror təşkilatı ASALA-ya dəstək verən ölkələrin adları açıqlanıb. Hesabatda qeyd olunur ki, Suriya və Yunanıstan başda olmaqla bir sıra ölkələr ASALA , PKK və bir neçə digər terror təşkilatlarına yaxından dəstək verib, əlaqələr qurublar. ASALA-nın hətta Yunanıstanın paytaxtı Afinada ofisləri də var və gizli fəaliyyət göstərir.
Bundan başqa, Yunanıstanda PKK, Hizbullah, Əbu Nidal qruplaşması (ANO) da fəaliyyət göstərir. Yunan hökuməti onların qarşısını almaq üçün heç bir iş görmür. Bu qruplaşmalara yönəlik "toxunulmazlıq" statusu hökm sürür. Eləcə də, Suriya da erməni terror təşkilatına qucaq açan, isti münasibət göstərən ölkələrin başında gəlir. Bu da ilk növbədə çox güman ki, Suriyada çoxlu ermənilərin yaşamasından və onların rəsmi Dəməşqlə anlayış və işbirliyi içində olmalarından irəli gəlir. Hazırda Suriyada gedən vətəndaş müharibəsinin gedişində Bəşər Əsəd hökumətinə ən çox dəstək verən qüvvələrdən biri də elə Suriyada yaşayan həmin erməni icmasıdır.
Ancaq ASALA-ya dəstək verən ölkələrin siyahısı təkcə bununla bitmir. Fransa, Rusiya, Livan və başqa ölkələrin də adları zaman-zaman erməni terrorçularına dəstək verən ölkələrin siyahısında hallanıb. Və indinin özündə də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisində bəzi xarici dövlətlərin dəstəyilə terrorçuları hazırlayan təlim düşərgələrinin fəaliyyət göstərmələri barədə məlumatlar var.
Odur ki, erməni terrorçularına dəstək verən ölkələri tanımalıyıq və onlarla münasibətlərimizdə çox diqqətli olmalıyıq.
Əlisahib Hüseynovxa0
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri



































































































