Ən çox yağıntı hansı ərazilərdə qeydə alınıb?

Hazırda oxunan: Ən çox yağıntı hansı ərazilərdə qeydə alınıb?

166313

Ən aşağı temperatur Abşeron yarımadasından şimalda yerləşən ərazilərdə müşahidə olunur (13,50 C). 

Bizim.Media xəbər verir ki, bu barədə AR Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Elmi şurasının cari ildə son iclasında bildirilib.

Akademik Fəxrəddin Qədirov və Coğrafiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Rauf Qardaşov Xəzərin səviyyəsinin tərəddüdünə səbəb olan əsas amillərdən danışaraq iqlim amili ilə formalaşan Xəzər dənizinin su balansı komponentləri, iqlimə dolayısı ilə dənizin səviyyəsinə təsir edən astronomik, tektonik amillər və digər məsələlərə aydınlıq gətiriblər.
Həmçinin Azərbaycanın dənizsahili ərazilərinin müasir və gözlənilən iqlim şəraiti haqqında geniş məlumat təqdim ediblər. 

Qeyd edilib ki, yağıntılar ən az Abşeron yarımadası və adalarda (114 – 291 mm), ən çox (1158-1235 mm) Lənkəran ovalığında müşahidə edilir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin