"Azəriqaz" "Facebook"da ən aktiv dövlət qurumu oldu - VİDEO

Hazırda oxunan: "Azəriqaz" "Facebook"da ən aktiv dövlət qurumu oldu - VİDEO

16628

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Facebook” səhifəsində sosial şəbəkədə aktivliyi ilə seçilən dövlət qurumları haqda paylaşım edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin açıqlamasında bildirilir.

Məlumata görə, O.Gündüz bildirib ki, son zamanlar dövlət qurumları sosial mediada xeyli aktivləşib:

“Bir çox dövlət qurumlarında dəqiq qrafik üzrə qurumun 1-ci şəxsi və ya rəhbər şəxslər səviyyəsində canlı yayımlar, video qəbullar və sual-cavablar təşkil olunur. Güman etmək olar ki , məhz bunun nəticəsidir ki, hətta ictimai rəydə tez-tez tənqid olunan qurumlar sosial mediaya inteqrasiyadan sonra onların reputasiyasında müsbət istiqamətdə irəliləyiş də hiss olunur. Yəni, bir çox dövlət qurumları vətəndaşlarla daha çevik və effektiv informasiya münasibətləri qurmaqla bərabər, həm də nüfuza xələl gətirə biləcək risklərin və böhranlı vəziyyətin qarşısını zamanında almaq üçün sosial mediadan çox effektiv istifadə edirlər".

Daha sonra O.Gündüz müşahidələri və qısa araşdırmaları əsasında son zamanlarda sosial mediada daha aktiv olan dövlət qurumlarının adlarını təqdim edib. "Azəriqaz" birinci yerdə qərarlaşıb.

1. “Azəriqaz” İstehsalat Birliyi;

2. Baş Prokurorluq;

3. Təhsil Nazirliyi;

4. Ekologiya və Təbii Sərvətlər Nazirliyi;

5. Dövlət Miqrasiya Xidməti.

“Azəriqaz”ın baş direktoru Ruslan Əliyev bu il yanvarın 22-dən etibarən “Facebook” sosial şəbəkəsi üzərindən hər həftənin 5-ci günü saat 14:00-da canlı yayım təşkil edir.

Bu yayımlarda ünvanlanan suallar cavablandırılır, müraciətlər qeydə alınır. Baş direktorla yanaşı hər həftə qurumun bir məsul şəxsi də yayıma qatılır. Proses zamanı qaz təchizatındakı problemləri digər struktur rəhbərləri də yaxından izləyir və operativ olaraq münasibət bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin