Bakının Binəqədi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
Bizim.Media xəbər verir ki, qəza Biləcəri qəsəbəsində qeydə alınıb.
Belə ki, Rəşid İsmayılov küçəsində 1988-ci il təvəllüdlü Rasim Sərdar oğlu İsmayılov yolun piyada üçün müəyyən edilməyən hissəsindən əks tərəfə keçərkən onu minik avtomobili vurub.
Piyada ağır bədən xəsarətləri alıb. O, hadisəni törədən sürücünün köməyi ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
Qeydə alınan hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparırlar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:54 / 27.11.2023
Bakı sakinini avtomobil vurdu
Hazırda oxunan: Bakı sakinini avtomobil vurdu
Hazırda oxunan: Bakı sakinini avtomobil vurdu
166261
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.