Gəncədə qardaş bacısını qətlə yetirdi

Hazırda oxunan: Gəncədə qardaş bacısını qətlə yetirdi

166257

Gəncədə dəhşətli qətl hadisəsi baş verib. Qardaş bacısının İnstagramdan istifadə etdiyi üçün boğazını kəsib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb. Burada yaşayan Pəri Allahverdizadə evdə bıçaqla qətlə yetirilib. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, 2001-ci il təvəllüdlü Pəri Allahverdizadəni kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı Əli Allahverdizadə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin