BİZİM TƏQVİM: 27 noyabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 27 noyabrda baş vermiş tarixi hadisələr

166225

27 noyabr 1895-ci ildə Alfred Nobel (1833-1896) varidatını Nobel Fonduna bağışladığı barədə vəsiyyətnamə imzalayıb. Nobel son vəsiyyətində varidatının təxminən 94 faizini “il ərzində bəşəriyyətə böyük töhfələr vermiş şəxslər” üçün beş mükafatın (fizika, kimya, tibb (fiziologiya), ədəbiyyat və sülh) təsisinə ayırıb. 

1875-cu ildə Bakıda öz şirkətlərini yaradan Nobel qardaşları qısa müddətdə Abşeronun bir sıra neft mədənlərinin sahibi olub, böyük kapitala yiyələniblər. Hazırda həmin pullar "Nobel mükafatı" formasında hər il müxtəlif sahədə mühüm kəşf və ixtiraları olan alimlərə təqdim olunur.

Bəs, noyabrın 27-də dünyada daha nələr olub?

1.  27 noyabr 1909-cu ildə amerikalı ixtiraçı Tomas Edison ilk səsli filmi nümayiş etdirdi.

2.  27 noyabr 1942-ci ildə alman orduları Fransa Donanmasının olduğu Toulon şəhərini ələ keçirdi. Almanların əlinə keçməməsi üçün fransız dənizçilər 73 gəmidən ibarət donanmanı batıraraq məhv etdilər.

3.  27 noyabr 1950-ci ildə Koreyada 4 gün davam edən Kunuri müharibəsi başlandı. 5 min nəfərlik Türk hərbi hissəsi Çin və Şimali Koreya qüvvələri tərəfindən mühasirəyə alınan ABŞ 8-ci Ordusunun tamamilə məhv edilməsinin qarşısını aldı və Kunuri müharibəsində qələbə qazandı.

4.  27 noyabr 1967-ci ildə Fransa İngiltərənin Ortaq bazar üzvlüyünə veto qoydu.

5.  27 noyabr 1974-cü ildə Pakistan zəlzələ ilə sarsıldı; 4 min 200 nəfər həyatını itirdi.

6.  27 noyabr 2002-ci ildə BMT-nin silahlara nəzarət üzrə müfəttişləri 4 ildən sonra İraqda yenidən vəzifəyə başladı.

Noyabrın 27-də bu şəxsiyyətlər xatrlanır.

1.  27 noyabr 1870-ci ildə məşhur şərqşünas, maarifçi Mirzə Kazım bəy (22.6.1802 –1870) vəfat edib. Peterburq Universiteti Şərqşünaslıq fakültəsinin dekanı, Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü olub.

2.  27 noyabr 1895-ci ildə “ Üç muşketyor” və “Qraf Monte Kristo” başda olmaqla klassik əsərlər qələmə alan fransız yazıçı Aleksandr Duma 71 yaşında dünyasını dəyişdi.

3.  27 noyabr 1912-ci ildə Xalq artisti, aktyor və rejissor İsa Musayev (1912 – 8.2.1976) anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında fəaliyyət göstərib.

4.  27 noyabr 1919-cu ildə Əməkdar incəsənət xadimi, aktyor, ssenarist, rejissor Cahangir Aslanoğlu (1919 – 16.1.1998) anadan olub. “Gülmək cana faydadır”, “Qarğa, məndə qoz var” və s. komediyaların, yumoristik hekayə və səhnəciklərin müəllifidir.

5.  27 noyabr 1934-ci ildə Əməkdar incəsənət xadimi, dirijor Kazım Əliverdibəyov (1934 – 19.12.2022) Bakıda anadan olub. Opera və Balet Teatrında işləyib. Bakı Musiqi Akademiyasının professorudur, Türkiyədə (İzmir Konservatoriyası) dərs deyib.

6.  1940-cı ilin bu günündə məşhur döyüş ustası və aktyor Brüs Linin doğulub (1940-1973). Sağ ayağı anadangəlmə qısa olan Brüs Li küçə davalarından birində döyüləndən sonra Kunq-fu döyüş sənəti ilə maraqlanmağa başlayır. O, təlimlərdə Ving Çun döyüş sisteminə mükəmməl şəkildə yiyələnir. ABŞ-a köçdükdən sonra 1967-ci ildə özünümüdafiə texnikalarına əsaslanan Cit Kun Do adlı döyüş sistemi yaradır. 

7.  27 noyabr 1945-ci ildə Əməkdar rəssam, heykəltaraş Namiq Dadaşov (1945 – 7.10.2008) anadan olub. Üzeyir Hacıbəyli və Bülbülün Şuşa şəhərindəki büstlərinin, Bakıda Fikrət Əmirovun heykəlinin müəllifidir.

8.  27 noyabr 2015-ci ildə görkəmli dilçi alim, akademik Tofiq Hacıyev (1.5.1936 – 2015) vəfat edib. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru olub.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin