ABŞ-ın Bakıdakı agenturası ilə görüşü ləğv edildi - FOTO

Hazırda oxunan: ABŞ-ın Bakıdakı agenturası ilə görüşü ləğv edildi - FOTO

166184

ABŞ-ın Azərbaycandakı səfirliyinin bu ölkədə təhsil almış azərbaycanlı məzunlarla görüşü ləğv edilib.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, buna səbəb tədbirin əsl mahiyyətinin ifşa edilməsi olub.

Belə ki, noyabrın 27-də “JW Marriott Absheron” hotelində baş tutacaq görüşdə ABŞ-nin Azərbaycanda fəaliyyət göstərən agentura şəbəkəsinin bir araya gəlməsi gözlənilirdi. Bu görüşdə təhsil adı altında ABŞ-də olarkən məxfi əməkdaşlığa cəlb edilmiş şəxslərin iştirakı planlaşdırılırdı.
Lakin Azərbaycanın müvafiq strukturlarının operativ işi və cəmiyyətin qətiyyətli reaksiyası Vaşinqtonun ölkəmizdəki pozucu fəaliyyətini növbəti dəfə uğursuzluğa düçar etmiş oldu.

Qeyd edək ki, “Məzunların yubiley qalası” adı verilən tədbir sabah 18:30-da “JW Marriott Absheron” hoteldə keçirilməli idi.





Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin