Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov “Lider”x9d TV-nin müxbiri Anar Həsənovun işdən çıxarılmasından yazıb.xa0
Moderator.az-ın verdiyi xəbərə görə, bu barədə sosial şəbəkədə yazan millət vəkili bildirib ki, Azərbaycan-Rusiya münasibətlərinin hazırkı mərhələsində Azərbaycan jurnalistinin ”“ “Lider”x9d TV-nin müxbiri Anar Həsənovun Rusiyanın xarici işlər naziri Sergey Lavrova ünvanladığı sual, ola bilsin ki, uğurlu deyildi:
“Söhbət Dağlıq Qarabağ münaqişəsindən gedirsə, zənnimcə, daha vacib məqamlara diqqət yetirmək lazım idi. Məsələn, 2016-cı ilin “aprel müharibə”x9dsindən sonra Lavrovun şəxsində Rusiya yeni sülh planı irəli sürmüşdü. Nizamlama prosesindəki son və deyərdim ki, daha real mərhələ məhz bu plan idi. Ancaq biz gördük ki, plan icra olunmadı.
Ermənistan məsələyə əhəmiyyət vermədi. Rusiya isə sözünün üstündə durmadı. Lavrovdan bunun səbəbini soruşmaq olardı. Nəzərə alaq ki, Rusiyanın yüksək vəzifə tutan nümayəndəsinə birbaşa sual vermək şansı hər zaman ələ düşmür. Şansdan maksimum yararlanılmalı idi.
İkincisi, jurnalistin işdən çıxarılması “Lider”x9d TV rəhbərliyinin müstəsna səlahiyyətində olan məsələdir. Əlbəttə, o, istedadlıdırsa, səmərəli fəaliyyəti ilə seçilirsə, potensialından digər vəzifələrdə də istifadə etmək olardı.
Üçüncüsü, bəzi adamlar bildirirlər ki, Anar Həsənov jurnalist peşəsinə uyğun olmayan dəst-xətt seçirmiş. Müxtəlif təmənnalı işlər görürmüş. Mən bu yanaşmanı məqbul saymıram. Əgər belə işləri olubsa, ona qarşı tədbir vaxtında həyata keçirilməliydi. O adamlar da gərək həmin vaxt dilə gələydilər, fikirlərini bildirəydilər. Hər bir halda işçisini işdə saxlayıb, yaxud uzaqlaşdırmaq bir daha deyim “Lider”x9d TV rəhbərliyinin səlahiyyətində olan məsələdir”x9d.






























































































