Qərbi Azərbaycan Xronikası: Səkkiz ailənin bünövrəsini qoyduğu Subatan kəndi - VİDEO

Hazırda oxunan: Qərbi Azərbaycan Xronikası: Səkkiz ailənin bünövrəsini qoyduğu Subatan kəndi - VİDEO

166113

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Göyçə mahalının, Basarkeçər (Vardenis) rayonunun Subatan kəndi haqqında xüsusi veriliş hazırlanıb.

Bizim.Media xəbər verir ki, verilişdə Subatan kəndinin etnoqrafiyası, adət-ənənələri, mətbəxi, toyları, xalçaçılıq, aşıq sənəti, bayram ənənələri, kənd təsərrüfatı və digər sahələrindən geniş söhbət açılıb.

Bildirilib ki, bu kənd b.e.ə. IV əsrdə Albaniyanın kiçik yaşayış məntəqələrindən biri olub. Subatan kəndinin bünövrəsi XVII əsrin ortalarında (1850-1860) Mayıllılar tayfasının başçısı Kərbəlayı Şıxəli kişi Çaxırlı kəndindən qohumları olan səkkiz ailə ilə birlikdə çıxaraq, indiki Subatan kəndini özləri üçün yaşayış yeri seçib.
Kəndin adı yarandığı ilk gündən 1988-ci ilin dekabrına kimi iki dəfə dəyişdirilib. Yüz evi, yeddi yüzə yaxın əhalisi olan kənddə səkkizillik məktəb, kinoklub, kitabxana fəaliyyət göstərib.

Qeyd olunub ki, rayon mərkəzindən 12 km cənub-qərbdə yerləşən kənd cənubda Yuxarı Zağalı, şimalda Çaxırlı, Tüstülü, qərbdə Qızılvəng, Yarpızlı, şərqdə Daşkənd, Qırxbulaq kəndləri ilə həmsərhəd olub. Kəndin kolxoz təsərrüfatı əsasən kökəltmə maldarlıq və tütünçülük olub. Əhali şəxsi təsərrüfatda mal-qara ilə yanaşı, kartof əkinçiliyi ilə də geniş şəkildə məşğul olub.m Bunlardan başqa, burada xalçaçılıq da geniş yayılıb.

Diqqətə çatdırılıb ki, dörd dəfə qaçqınlıq həyatı yaşayan bu oğuz yurdunun əhalisi 1905-1907, 1918-1920, 1948-1953 və nəhayət 1988-1991-ci illərdə zorla doğma yurdlarından çıxarılıb, Bakı, Gəncə, Şəmkir, Yevlax, Xanlar, Samux, Bərdə, Ağdaş, Şamaxı və başqa yerlərdə məskunlaşıb.

Süjetdə “Subatan” adının yaranmasından, bulaqlarda su çoxalan zaman baş verən hadisələrdən, eləcə də ermənilərin bulaqları necə qurutmasından söhbət açılır.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin