Kafedə çayın pulunu vermədi, bakalı başında sındırdılar - Sumqayıtda DƏHŞƏT

Hazırda oxunan: Kafedə çayın pulunu vermədi, bakalı başında sındırdılar - Sumqayıtda DƏHŞƏT

166108

Sumqayıtda kafedə insident olub.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 21-ci mikrorayon, İsmət Qayıbov küçəsindəki kafelərdən birində baş verib. Burada çay içən müştərilərdən biri zarafatyana hesabı verməkdən imtina edib. Bu isə yan masada əyləşən digər müştəri R.R.-nın xoşuna gəlməyib.

O, ayağa qalxaraq pivə bakalı ilə həmin müştərinin başına zərbə endirib. Zərbənin təsirindən bakal qırılıb və o, qırıq bakalla zərərçəkənin qoluna da xəsarət yetirib.

R.R. polis tərəfindən saxlanılaraq, istintaqa təhvil verilib. Onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsilə cinayət işi başlanılıb və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda Sumqayıt şəhər Məhkəməsində istintaq davam edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin