Xaçmazda məktəbli regional təhsil idarəsinin müdiri tərəfindən döyülüb? - AÇIQLAMA 

Hazırda oxunan: Xaçmazda məktəbli regional təhsil idarəsinin müdiri tərəfindən döyülüb? - AÇIQLAMA 

166095

Xaçmaz şəhərindəki 4 saylı tam orta məktəbdə ötən gün şagirdin regional təhsil idarənin müdiri tərəfindən döyülməsi ilə bağlı iddialar yayılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, iddiaya görə, məktəbin 7-ci sinif şagirdi Nizam Mirzəyev Quba-Xaçmaz regional elm və təhsil idarəsinin müdiri Rüfət Hacıyev tərəfindən döyülüb.

Məlumata görə, hadisə Rüfət Hacıyev məktəbə yoxlamaya gələrkən baş verib.

Faktı dəqiqləşdirmək üçün Quba-Xaçmaz regional elm və təhsil idarəsinin rəisi Rüfət Hacıyevlə əlaqə saxlamağa çalışsaq da, cəhdimiz cavabsız qalıb. 

Regional idarənin Xaçmaz sektorunun müdiri İnqilab Musayev isə bunun böhtan olduğunu bildirib:

"Regional idarənin rəisi məktəbdə uşaq döyəndir?! Tam böhtandır. İndi uşağı məktəbdə nizam-intizama çəkmək, tənbeh etmək döymək sayılmalıdır?"

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun polis baş leytenantı Xəyal Talıbov faktın Xaçmaz rayon polis şöbəsində araşdırıldığını bildirib:

"Həmin məsələ ilə bağlı Xaçmaz rayon polis şöbəsinə məlumat daxil olub. Hazırda rayon polis şöbəsinin təhqiqat bölməsində müvafiq araşdırmalar aparılır".

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin