Artıq bir neçə gündür ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) 21 nəfərə ev verməsi müzakirə edilir.
Bizim.Media xəbər verir ki, AYB-nin sədri Anar Rzayev ”globalinfo.az”a açıqlamasında deyilənlərin hamısının yanlış olduğunu bildirib.
Onun sözlərinə görə, ev AYB-yə verilib:
“2600 üzvümüzdən 230 nəfəri evlə bağlı bizə müraciət edib. Lakin onlar arasında 21 nəfərə ev verildi. Qeyd edim ki, həmin 21 nəfərin əksəriyyəti işləməyən yazıçılardır. Hətta adlarını da çəkə bilərəm – Seyran Səxavət, Firuz Mustafa, Nəriman Qasımzadə, Dəyanət Osmanlı, Elxan Qaraxanlı və s. Bundan başqa, bizimlə çalışan şəxslər yalnız bizdən ev ala bilərlər. Çünki onların başqa iş yerləri yoxdur. Ona görə, sürücü və katibə də başqa vətəndaş kimi növbədə gözləyərək ev alıb. Ev almaq onların da haqqı idi”.
Sədr bir neçə evi olub, yenidən ev alanlar haqda da danışıb:
“Deyirlər 2-3 evi olanlara ev vermişik. Bizə 230 nəfər müraciət edib. Mən necə araşdıra bilərəm ki, onların evi var, yoxsa yox? Ərizə yazarkən evsiz olduqlarını qeyd edirlər. Həmin adamlar da deyirlər ki, ilk evi 20 il əvvəl alıblar, indi isə övladları böyüyüb, ailə qurublar deyə əlavə evə ehtiyacları var. Mən nə deyim?! Deyim ki, yox, sənə ev vermirəm?!”
A.Rzayev yaxın günlərdə AYB üzvlərinə maddi yardım olacağını bildirib:
“Pul verəcəyimiz şəxslər də olacaq. Kimlərə verilməsi isə katiblikdə həll olunacaq. Kimin pula daha çox ehtiyacı varsa, o da alacaq”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:03 / 25.11.2023
Anar sürücüsünə və katibəsinə ev verməsinin səbəbini AÇIQLADI: “Necə araşdırım ki, evləri var?”
Hazırda oxunan: Anar sürücüsünə və katibəsinə ev verməsinin səbəbini AÇIQLADI: “Necə araşdırım ki, evləri var?”
Hazırda oxunan: Anar sürücüsünə və katibəsinə ev verməsinin səbəbini AÇIQLADI: “Necə araşdırım ki, evləri var?”
166059
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.