Balakəndə 700 il əvvələ aid tarixi abidə MƏHV EDİLİR – FOTO

Hazırda oxunan: Balakəndə 700 il əvvələ aid tarixi abidə MƏHV EDİLİR – FOTO

166041

Rayonun Tülü kəndində yerləşən və əvvəllər türbə olduğu güman edilən tarixi abidədə 2017-ci ildən 2021-ci ilə qədər elmi-tədqiqat işləri aparılıb. 

Bizim.Media-ya bu barədə tarixi abidənin yerləşdiyi həyətin sahibi Elşad Dabaxov məlumat verib.

Məlumat üçün bildirək ki, XIV əsr memarlıq abidəsi olan Tülü məbədi Elşad Dabaxovun həyətində yerləşir. Onun bu barədə rəsmən torpaq sənədi də var. Təssüf ki, torpaq sənədində tarixi abidə haqda heç bir qeyd yoxdur.  
Abidənin yerləşdiyi həyətin sahibinin sözlərinə görə, qazıntıların aparıldığı hissələr zaman-zaman yağış suları ilə dolur.

“Abidə qorunmasa, 1-2 ilə məhv olub gedəcək. Aidiyyəti qurumlara dəfələrlə müraciət etsəm də, baxan yoxdur”, – deyə o qeyd edib.

Abidədə aparılan araşdırmalar əsasında bir neçə mədəni dövrü özündə əks etdirən maddi-mədəni nümunələr aşkarlanıb ki, bu da həmin abidənin Alban məbədi olduğu faktını ortaya qoyub. 

Məsələ ilə əlaqədar Mədəniyyət nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, ölkə ərazisindəki bütün tarixi abidələrdə monitorinqlər aparılır. Onların faktiki durumu və texniki vəziyyəti öyrənilir. Monitorinqlərin nəticəsi olaraq bu abidələr haqda tədbir görüləcək. 















Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin