Vahid Hacıyev : “Soltanlı kəndinin baş planı macar şirkəti tərəfindən hazırlanıb”

Hazırda oxunan: Vahid Hacıyev : “Soltanlı kəndinin baş planı macar şirkəti tərəfindən hazırlanıb”

166002

“Bu gün çox əlamətdar gündür. Soltanlı kəndində növbəti yaşayış məntəqəsinin işğaldan azad olunmuş ərazilərdə təməli qoyulub. Bu, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində aparılan çox genişmiqyaslı işlərin bir hissəsidir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasimində bildirib.

“Soltanlı kəndi də çox strateji mövqeyə malikdir. Kənd 6 mindən çox əhalinin yaşaması üçün şəraitə malik olacaq. Əsas nəqliyyat dəhlizi, logistik mərkəz, o cümlədən azad iqtisadi zonanın yaxınlığında yerləşməsi kəndin planlaşdırılmasını şərtləndirən amillərdən biridir.

Eyni zamanda, kəndin işğaldan əvvəl mövcud olmuş nəqliyyat, yol-küçə şəbəkəsi, təbii landşaftı əsas götürülüb. Mümkün qədər bizim memarlıq ənənələrimizdən qidalanaraq həm yerli layihəçilərimiz, həm də macar dostlarımız Macarıstan dövlətinin müvafiq layihəçi şirkəti ilə birlikdə komitənin sifarişi ilə kəndin baş planını işləyiblər.
Burada eyni zamanda çoxmənzilli binalar və beşmərtəbəli binalar inşa olunacaq. Kənddə yüksək səviyyədə xəstəxana, məktəb, inzibati bina və bir sıra digər sosial müəssisələr yaradılacaq”, - deyə Vahid Hacıyev əlavə edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin