Moldova parlamenti ölkədə 2021-ci ilin sonundan elan edilmiş fövqəladə vəziyyətin dekabrın 1-dən daha 30 gün uzadılması barədə qərar qəbul edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Adrian Efros məlumat verib.
O qeyd edib ki, müvafiq qərar hakim Fəaliyyət və Həmrəylik Partiyasının səsverməsi ilə qəbul edilib.
Qeyd edilib ki, müxalif Kommunistlər və Sosialistlər Bloku fraksiyasının deputatları Moldovada fövqəladə vəziyyətin daha 30 gün uzadılmasına etiraz olaraq parlament zalını tərk ediblər.
Ölkədə fövqəladə vəziyyət ilkin olaraq qaz təchizatında mümkün fasilələr səbəbindən daha sonra isə Ukraynadakı vəziyyətə görə tətbiq edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:27 / 24.11.2023
Moldovada fövqəladə vəziyyət UZADILDI
Hazırda oxunan: Moldovada fövqəladə vəziyyət UZADILDI
Hazırda oxunan: Moldovada fövqəladə vəziyyət UZADILDI
165988
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.