Türkiyədə oğurluq edən şəxs Azərbaycanda HƏBS EDİLDİ

Hazırda oxunan: Türkiyədə oğurluq edən şəxs Azərbaycanda HƏBS EDİLDİ

165974

Türkiyədə bank kartından istifadə etməklə oğurluq əməlini törətməkdə təqsirləndirilərək 2020-ci ildə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, beynəlxalq axtarışda olan, Türkiyə Respublikasının vətəndaşı, 1986-cı il təvəllüdlü Mehmet Yavuz İncesu bu ilin avqustunda ölkəmizdə müəyyənləşdirilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Baş Prokurorluqdan Bizim.Media-ya məlumat verilib.

Bildirilib ki, məhkumun verilməsinə dair Sivas Cümhuriyyət Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
"Ekstradisiya haqqında" Avropa Konvensiyasına və ona Əlavə Protokollara əsasən məhkumun ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Türkiyənin səlahiyyətli orqanlarına təhvil verilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin