Valideyn komitələri LƏĞV OLUNSUN – Təklifə sabiq təhsil nazirindən qəribə AÇIQLAMA 

Hazırda oxunan: Valideyn komitələri LƏĞV OLUNSUN – Təklifə sabiq təhsil nazirindən qəribə AÇIQLAMA 

165969

Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrində valideyn komitələri fəaliyyət göstərir. Valideyn komitələrinin rolu müəllimlə valideynlər arasında vasitəçilik, təhsillə bağlı müsbət təşəbbüslərlə çıxış etməkdir. Amma valideyn komitələrinin işi bayramlarda, müəllim və direktorların doğum günlərində pul yığmaqla məhdudlaşır. Bununla bağlı mediada kifayət qədər faktlar ictimailəşib.

Valideyn komitəsinə doğrudan da ehtiyac varmı? 

Sabiq Təhsil naziri Firudin Cəlilov Bizim.Media-ya bildirib ki, çox kiçik maaşla işləyən müəllimlərə valideynlərin kömək etməsi, bu gün elə də ciddi məsələ deyil:

“Fikrimcə, Valideyn komitəsinin olması yaxşı addımdır. Bunu alqışlamaq lazımdır. Lakin ümumilikdə Azərbaycanda elm və təhsil sistemi məqsədli şəkildə çürüdülür. Təhsil sistemində olan dəyişikliklər, aşağı sinif şagirdlərinin həddindən artıq yüklənməsi, lazım olmayan mövzuların dərsliklərə salınması, öyrənilməsi vacib olanların kənara qoyulması ölkədə təhsilin qəsdən çökdürülməsinə nümunədir. 
Yəni Azərbaycanda manqurt, robot hazırlayan sistem işləyir. Biz bu təhsil sistemindən çıxan insanlardan nə gözləyə bilərik? Onlar nə ölkəsinin tarixini, nə də dilini bilirlər”. 

Nuranə Daxilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin