“Nəsiminin dərisini soymayıblar” – İlahiyyatçı 

Hazırda oxunan: “Nəsiminin dərisini soymayıblar” – İlahiyyatçı 

165960

“İmadəddin Nəsimini soymayıblar, nə də ki, onun soyulmasına hökm verilməyib”

Bizim.Media xəbər verir ki, bu iddia ilə ilahiyyatçı Tural İrfan çıxış edib. 

O bildirib ki, 2002-ci ildə Hələb şəhərində olarkən dahi şairin nəslindən olan Şeyx Əhməd ona deyib ki, o zaman sadəcə Şeyxin əleyhdarları o, Cümə namazına girəndə gizlicə sol başmağının içinə Yasin surəsinin bir səhifəsini qoyublar:

“Məsciddən çıxanda Şeyxin üstünə yeriyib Quranı təhqir etdiyini bildiriblər. Nəsimi bunu inkar etdikdə ayaqqabılarını çıxarmağı tələb ediblər. Əhalinin kütləvi toplaşdığı bir səhnədə ayaqqabılarını soyunduqda ayağının altından Quran səhifəsi çıxıb və dərhal həbs edilib”.

İlahiyyatçı daha sonra Şeyx Əhmədin adından bunları bildirib:

“Buna rəğmən hökm verən şeyxlərdən biri məhz bu əmələ görə sol ayağının dərisinin soyulmasını tələb edib. Lakin fətvada soyulma hökmü olmayıb. Sadəcə asılaraq edam edilib.

Çünki o dövrdə dövlətlər şəriət hüququ ilə idarə olunurdu və İslam fiqhində də dəri soymaq hökmü yoxdur. Şəriətdə olmayan hökm icra edilsə, dövrün müstəqil din üləması və xalq buna kəskin etiraz edə, hətta üsyana qalxa bilərdi. Dəri soyulma məsələsini əsasən Sovet vaxtı dinə nifrət yaratmaq üçün qabarıq şəkildə yazıb, yayıblar.

Suriyada, Hələb şəhərində heç kəs Nəsiminin dərisinin soyulması nağılını xatırlamır və belə bir hadisəni təsdiq etmir.

Tibbi cəhətdən də insanın dərisini soymaq üçün gərək xeyli cərrah, qəssab, təbib, dəri soyma üzrə mütəxəssislər toplaşaydı, xüsusi cərrahi alətlər olaydı ki, bir neçə saat ərzində bu işi səliqə ilə həyata keçirəydilər. Tarixdə bu haqda bir fakt, rəvayət yoxdur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin