Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günellə videosu yayılan Mahir adlı şəxsin bahalı həyat tərzi keçirməsinə, o cümlədən yarım milyonluq avtomobil sahibi olmasına dair məlumatlar yayılıb.
Bizim.Media-nın məlumatına görə, xəbəri jurnalist Anar Məmmədov “Facebook” səhifəsində paylaşıb.
Qeyd edib ki, paylaşdığı bahalı MAYBACH-ı idarə edən şəxs Cəmil Həsənlinin qızının sevgilisi Mahirdir:
“Azərbaycanda insanları ağlı və əqidəsi ilə yox, pulu, maşını ilə tanıyanlar çoxdu. Ona görə də, baz oğlanı MAYBACH avtomobili ilə paylaşıram. Tanıyanlar mənə yazsın.
Amma gərək Cəmil Həsənlinin qızı MAYBACH-lı oğlanın sevgisinə inanmazdı. Siyasətçi balası belə bahalı planlara qurban gedirsə… Nə isə, oğlanın adı Mahir, atasının adı Nizamidir. Maybach-ı 90 MN 770 dövlət nömrə nişanı ilə idarə edir”.
Bizim.Media