Beynəlxalq Muğam Mərkəzində "YAŞADAQ. Ümid qanadları" adlı layihənin təqdimat mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, layihə ölkəmizdə qız uşaqlarına ögey münasibətə, selektiv abortlara həsr olunub.
Layihənin müəllifləri Mədəniyyət xadimi, dizayner, yazıçı Səbinə Zülalova və peşəkar biznes məşqçi, kələğayı kolleksiyaçısı Zümrüd Rüstəmovadır.
Tədbirdə mədəniyyət adamları, Milli Məclisin üzvləri və yazıçılar iştirak ediblər.
İştirakçılara fotosərgi ilə yanaşı sözügedən mövzuya həsr olunmuş video təqdim olunub.
Videoda milli kələğayı qızların simvolu seçilib, qız uşaqlarının həm də milli kimliyimizin daşıyıcısı olduğu fikri önə çəkilib.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:20 / 23.11.2023
Muğam Mərkəzində "YAŞADAQ. Ümid qanadları" adlı layihə TƏQDİM OLUNUB - FOTO
Hazırda oxunan: Muğam Mərkəzində "YAŞADAQ. Ümid qanadları" adlı layihə TƏQDİM OLUNUB - FOTO
Hazırda oxunan: Muğam Mərkəzində "YAŞADAQ. Ümid qanadları" adlı layihə TƏQDİM OLUNUB - FOTO
165831
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.