“74 nəfər kimsəsiz qızla evlənmək üçün sığınacağa müraciət edib”- Kəmalə Ağazadə

Hazırda oxunan: “74 nəfər kimsəsiz qızla evlənmək üçün sığınacağa müraciət edib”- Kəmalə Ağazadə

165791

“55 nəfər qadın oğlunu evləndirmək üçün kimsəsiz qız axtardığını bildirib”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

O, qeyd edib ki, 2023-cü ilin 10 ayı ərzində Uşaq Birliyi qaynar xəttinə daxil olan zənglərdən 74 vacib hesab olunan müraciətin təhlilini aparıb:

“74 nəfər müraciət edərək evlilik məqsədi ilə uşaq sığınacağından kimsəsiz qızla evlilik məqsədini bildirib. 55 nəfər qadın oğlunu evləndirmək üçün, 13 nəfər qardaşını evləndirmək üçün kimsəsiz qız axtardığını bildirib. 5 nəfər kişi isə müraciət edərək kimsəsiz qızla evlənmək istədiyini deyib. 5 kişidən 3 nəfəri ikinci evliliyi üçün müraciət edib. Kişilərin bildirdiklərinə görə yaş həddi 29-42 yaş arasındadır.

31 nəfər bildirib ki, epilepsiyası, "uşaq" kimidir, yəni əqli geriliyi var. 37 nəfər nəfər fiziki qüsurlu - DSP, görmə qabiliyyətsiz, eşitmə qabiliyyəti məhdud və ya digər xəsarətlidir. Yalnız 1 nəfər kimsəsiz qıza sahib çıxmaq, ona xoşbəxt həyat bəxş etmək, oğlunun xaricdə işlədiyi müddətdə qaynana, yəni özü ilə yaşayaraq gözəl nəvələr böyütmək istəyinin olduğunu bildirib” – deyə, Kəmalə Ağazadə qeyd edib.
Kəmalə Ağazadə onu da əlavə edib ki, ən əsası odur ki, kimsəsiz qızlara elçi düşən hər bir müraciətçi evləndirmək istədikləri oğullarının, qardaşlarının xüsusi qayğıya ehtiyacı olduqlarını əsas gətirib.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin