Hansı sənətin sahiblərinin xətrinə dəymək olmaz? – Maraqlı NÜANSLAR

Hazırda oxunan: Hansı sənətin sahiblərinin xətrinə dəymək olmaz? – Maraqlı NÜANSLAR

165780

Bütün sənətlər maraqlıdır. Amma elə sənət var ki, insanlar onun daşıyıcısına xüsusi diqqət edirlər. Daha doğrusu diqqət yetirməyə məcburdurlar. Yəni bəzi sənət sahibləri var ki, onlara təkcə hörmət etmək yox, hətta xətrinə belə dəymək olmaz. Çünki onların qəlbinə toxunmaq özümüz üçün xoşagəlməz nəticələrə səbəb ola bilər.

Bəs, hansı sənət sahibinin xatirinə dəymək olmaz?

Bizim.Media-nın araşdırmasına görə, daha çox 3 sənət sahibinin xətrinə dəyməklə biz sonradan özümüzə ciddi poblemlər yarada bilərik:

1. Ofisiantlar

Ofisiantlar xüsusi diqqət göstərilməli sənət sahibləridir. Təsadüfi deyil ki, bütün dünyada “çayevoy” deyilən bir ifadə var. Verdiyimiz sifarişin pulundan əlavə ofisianta könüllü şəkildə ödəniş edirik. Bunu təkcə “hörmət” kimi yox, məcburiyyət kimi edirik. Əgər ofisianta diqqət etməsək və yaxud xətrinə dəysək, o zaman ofisiantın bizə gətirdiyi qidaların içinə nə əlavə etdiyini bilməmiş olacağıq. Ən azından sifariş etdiyimiz kofeyə barmağını sala bilər. Ona görə də ofisiantlara qarşı diqqətli olmaq zəruridir.

2. Həkimlər

Həkimlər münasibətlərimizdə diqqət etməli olduğumuz iki sənət sahibindən biri və bəlkə də birincisidir. Çünki, həkimlərə biz öz sağlamlığımızı əmanət edirik. Belə vəziyyətdə həkimin xətrinə dəysək, onlar Hippokrat andını belə unuda bilərlər. Bu isə bizə bəlkə də həyatımız bahasına başa gələ bilər. Ona görə də həkimlərə qarşı hər zaman diqqətli və nəzakətli davranmalıyıq.

3. Sürücülər

Sürücülərin də xətrinə dəymək olmaz. Çünki sürücülərə də həyatımızı əmanət edirik. Əgər biz sürücünün xətirinə dəysək o bizi ən azından mənzil başına gec çatdıracaq. Və yaxud özünü isbatlamaq üçün “avtoşluq” etməklə bizə həyəcanlı anlar yaşadacaq. Hələ onu demirik ki, “maşın xarab oldu” adıyla bizi yarıyolda qoya bilər. Bunların heç biri olmasa belə, fikri yayınan sürücünün qəza törətmək ehtimalı böyükdür.

Ona görə də bu 3 sənət sahiblərinə qarşı hər zaman diqqətli olmağınız məsləhətdir. Yoxsa xoşagəlməz sürprizlərlə rastlaşa bilərsiniz...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin