Köçəryanla qonşu olmuş azərbaycanlı: “Xankəndinə köçməyə hazırlaşıram”

Hazırda oxunan: Köçəryanla qonşu olmuş azərbaycanlı: “Xankəndinə köçməyə hazırlaşıram”

165774

“Xankəndidə evim də, evimin telefon nömrəsi də durur. Ermənistanın keçmiş prezidenti Robert Koçaryanla qonşu olmuşam. Binamız da salamatdır, öz evimizdə gedib yaşamaq istəyirik”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında əslən Xankəndidən olan Aydın Əliyev Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Xankəndinə köçlə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

Müsahibimizin sözlərinə görə, köçlə bağlı o da komitəyə yazılı müraciət edib:

“Ali təhsilliyəm. Qarabağ və ətraf rayonların təhlükəsizlik komitəsinin rəisi işləmişəm. Həyat yoldaşım həkim, oğlum polisdir. Orada bundan sonra azərbaycanlı kadrlar olacaq. İstərdim ki, sağ-salamat gedək və evimizə yığışaq. Neçə illərdir oraları görmürük”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin