Müdafiə Nazirliyinin hospitalı sərt tənqdid edildi - ''Zakir Həsənov oraya gedib müalicə olunsun''

Hazırda oxunan: Müdafiə Nazirliyinin hospitalı sərt tənqdid edildi - ''Zakir Həsənov oraya gedib müalicə olunsun''

16576

“Müdafiə Nazirliyinin hospitalının işi ürəkaçan deyil. Qazilərə deyirlər ki, dərmanları özünüz alın. Hansı pulla alsın?”.

Bizim.Media-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

Deputat bildirib ki,əlilliyin təyin olunmasında da qazilər çətinliklə üzləşir:

“Elə bil bu əsgərlərə yenidən göz çıxacaq, ayağı uzanacaq? Müdafiə Nazirliyinə ən çox maliyyə ayrılır. Könüllü ianələr də olunur. Sual olunur: niyə Müdafiə Nazirliyinin hospitalı qazilərin müalicəsini təşkil etmir? Həkimə getməkdirsə, rayondakı həkim də eyni diaqnozu qoyur. Qazilərin şikayətləri müzəffər qələbəmizə kölgə salır.

Niyə bu cür hospitalda müalicə əvəzinə qazilərimizi xaricə göndərirlər? Deməli, orada həkim korpusunu gücləndirmək lazımdır. Müdafiə nazirindən xahiş edirəm ki, arada hospitala gedib orada müalicə olunsun”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin