Bərdədə yas mərasimində bədbəxt hadisə: Ölən və yaralılar var – YENİLƏNİB - FOTO/VİDEO 

Hazırda oxunan: Bərdədə yas mərasimində bədbəxt hadisə: Ölən və yaralılar var – YENİLƏNİB - FOTO/VİDEO 

165759

Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 27 nəfər yerləşdirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. 

Qeyd olunub ki, 1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb:

"Müxtəlif növ bədən xəsarətləri və digər şikayətlərlə tibb müəssisəsinin müvafiq şöbələrinə yerləşdirilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş hesab olunan 2 nəfər ambulator müalicə üçün evə buraxılıb. Digər şəxslərin müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti orta ağır, 21 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir". 

*** 13:55

Bərdə rayonunda yas mərasimində bədbəxt hadisə olub.

Bizim.Media-nın əldə etdiyi informasiyaya görə, hadisə rayonun Yenidaşkənd kəndində baş verib.

Belə ki, mərasimə gələn qonaqlar evin ikinci mərtəbəsindəki otaqlardan birində toplaşıblar. Bu zaman isə döşəmə çöküb.

23 nəfərin yaralandığı deyilir. Onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Məlumata görə, xəsarət alanlardan biri xəstəxanada ölüb. Həmin şəxs 1958-ci il təvəllüdlü Məmmədova Sarıtel Abbasəli qızıdır.











Elgün Gəncimsoy, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin