Moskvanın Domodedovo hava limanında gömrükçülər Bakıya uçan sərnişinin baqajından 112 min funt sterlinq nağd pul aşkar ediblər.
Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, bəyan edilməmiş valyutanın ümumi məbləği təxminən 14 milyon rubl təşkil edib.
Qadının Britaniya və Rusiyanın ikili vətəndaşlığı var. İndi o, 4 ilədək həbs cəzası ilə üzləşib.
Bizim.Media