Rusiya istiqamətində sərhədimizi pozmaq istəyən şəxs TUTULDU - FOTO

Hazırda oxunan: Rusiya istiqamətində sərhədimizi pozmaq istəyən şəxs TUTULDU - FOTO

165698

Noyabr ayının 22-də saat 03:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Şirvanlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Bakı şəhər sakini 2005-ci il təvəllüdlü Vəlizadə Nəriman Emin oğlu saxlanılıb.

Bu barədə Bizim.Media-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin