Bakı-Quba yolunun Şabranın Günəşli kəndindən keçən hissəsində piyadanı vurub öldürən avtomaşının markası və sürücüsünün kimiyi bəlli olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu, Quba sakini İskəndər Balakişi oğlu Məlikovdur.
MÖVZU İLƏ BAĞLI:
Şabranda piyadanı MAŞIN VURDU
Günəşli kənd sakini Elnur Zeynalov İskəndər Məlikovun idarə etdiyi "Howo" markalı yük avtomobili ilə vurulub.
Qəzanı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.