Bakı məktəbində BİABIRÇILIQ – Doğum gününə pul yığdığı iddia olunan direktordan AÇIQLAMA 

Hazırda oxunan: Bakı məktəbində BİABIRÇILIQ – Doğum gününə pul yığdığı iddia olunan direktordan AÇIQLAMA 

165612

Bakı məktəbində direktorun doğum günü ilə bağlı pul yığıldığı iddia olunur.  

Söhbət Xəzər rayonu Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəbdən gedir. 

Bu barədə Bizim.Media-ya Türkan qəsəbə sakini, “Yeni baxış ictimai nəzarət” təşkilatının mətbuat katibi Vüqar Əmirov məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Məktəblərdə istiliklə bağlı vəziyyət necədir?


Bildirdiyinə görə, məktəbin direktoru Kəmalə Babayevanın noyabrın 24-də doğum günü ilə bağlı müəllim heyəti və şagirdlər arasında pul yığılır:

“Ayın 24-ü direktorun ad günüdür. İbtidai siniflərdə hər şagirddən 2 manat, yuxarı siniflərdən 3-5 manat, hansısa məbləğdə isə müəllimlərdən pul yığılır”. 

Məsələ ilə bağlı 262 saylı orta məktəblə əlaqə yaratdıq. Direktor Kəmalə Babayeva Bizim.Media-ya açıqlamasında məsələdən yeni xəbərdar olduğunu bildirib:

“Bunu sizdən eşidirəm. Zəhmət olmasa, Bakı şəhər Təhsil İdarəsi ilə əlaqə yaradın”. 

Direktor doğum gününün noyabrın 24-də olub-olmaması sualımızı isə nə təsdiq, nə də inkar edib.  

Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən sorğumuza cavab olaraq, məsələnin araşdırılacağı bildirilib. 

Mövzunu diqqətdə saxlayacağıq...

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin